"Zirə" Premyer Liqada "Sumqayıt"la ev oyununa itkilərlə çıxacaq
"Zirə" Azərbaycan Premyer Liqasının 14-cü turunun "Sumqayıt"la oyununa itkilərlə çıxacaq.
Bu barədə Mediasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.
Klub rəsmisi bildirib ki, qarşılaşmanı Hacıağa Hacılı zədə, Vladislav Kulaç isə cəza səbəbindən buraxacaq.
Qeyd edək ki, 27 xalla Premyer Liqada lider olan qəsəbə təmsilçisinin sumqayıtlılarla dueli noyabrın 26-sı saat 18:00-da "Kapital Bank Arena"da keçiriləcək.