"Ümid edirəm ki, sonuncu qolum deyil" - "Zirə"ni cəzalandıran fransız
"Neftçi"nin müdafiəçisi Ervin Koffi klubun yutub telekanalına müsahibə verib.
Mediasport.az xəbər verir ki, Azərbaycan Premyer Liqanın 23-cü turunun "Zirə"(1:0) ilə görüşündə vurulan yeganə qolun müəllifi fərqləndiyi üçün çox sevindiyini deyib:
"Neftçi"nin heyətində ilk qolumu vurdum, bu məni çox sevindirir. Ümid edirəm ki, sonuncu qolum deyil. "Zirə" ilə görüşün çətin keçəcəyini əvvəldən bilirdik. Çox sevindim ki, azarkeşlərimizin qarşısında qalib gəlib üç xal qazandıq. Vurduğum qol komandaya qələbə qazandırdı. Amma bu tək mənim yox, bütün kollektivin qələbəsidir".
Fransalı müdafiəçi "ağ-qaralar"a 2023-cü ilin yayında 2-ci Liqa təmsilçisi "Pau"dan gəlib.