"Zirə" Ruanda milli komandasının üzvünü transfer etdi - RƏSMİ

"Zirə" Ruanda milli komandasının üzvünü transfer etdi - RƏSMİ

Zirə" yeni futbolçu ilə anlaşıb.

Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisi Norveçin "Jerv" klubundan Ange Mutsinzini heyətinə qatıb.

Ruandalı müdafiəçiylə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib.

Ruanda millisinin də şərəfini qoruyan futbolçu millidə 16 matça çıxıb.