"Zirə" "Səbail"i qəbul edir, "Neftçi" "Qəbələ"yə qarşı - Premyer Liqa

"Zirə" "Səbail"i qəbul edir, "Neftçi" "Qəbələ"yə qarşı - Premyer Liqa

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 30-cu turun görüşləri start götürəcək.

mediasport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Turun "Kəpəz" - "Turan Tovuz" qarşılaşması sabah, "Şamaxı" - "Sumqayıt" və "Sabah" - "Qarabağ" matçları isə aprelin 16-də oynanılacaq.


Azərbaycan Premyer Liqası. 30-cu tur


17:30. "Zirə" - "Səbail"

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu


20:00. "Neftçi" - "Qəbələ"

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

"​​​​Bakcell Arena".