"Qarabağ"dan Quqeşaşvili və Gürcüstan yığmasına təbrik
Almaniyada keçirilən futbol üzrə 17-ci Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, tarixində ilk dəfə qitə birinciliyinin final mərhələsində iştirak edən Gürcüstan milli komandası möhtəşəm nəticəyə imza atıb.
"Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilinin də yer aldığı yığma son turda nəhəng Portuqaliyaya qalib gələrək (2:0) debütdəcə 4 xal toplamaqla pley-offa yüksəlməyi bacarıb.
"Qarabağ" bu uğur münasibətilə qapıçısına təbrik ünvanlayıb:
"Futbolçumuzu təbrik edir, Gürcüstan yığmasına uğurlar arzu edirik".
Xatırladaq ki, fransalı Villi Sanyolun baş məşqçisi olduğu kollektiv qrupda daha əvvəl Çexiya ilə bərabərə qalıb (1:1), Türkiyə seçməsinə uduzub (1:3).
Qonşularımız 1/8 final çərçivəsində iyunun 30-da yarışın favoriti İspaniya ilə qarşılaşacaqlar.