Riçard Almeydadan Azərbaycan çempionatlarında yubiley qolu
"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.
Mediasport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubiley topu Azərbaycan Premyer Liqasının I turuna təsadüf edib.
O, “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. Riçard “50”yə Premyer Liqada keçirdiyi 268-ci matçda çatıb.
Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.
2012/13 mövsümündən Premyer Liqada çıxış edən Almeyda ilk qolunu da həmin çempionatda imza atıb.
Yalnız “Qarabağ”ın heyətində rəqib qapısına yol tapan yarımmüdafiəçi “Zirə”nin də formasını geyinib.