"Mustafanın hazırda yaxşı formada olması məni sevindirir" - Qriqorçuk
"Çox şadam ki, Mustafa Sek bizim oyunçu oldu. Biz onu çoxdan izləyirdik. Mustafa əsas transfer hədəflərimizdən biri idi".
Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına açıqlamasında deyib.
Ukraynalı mütəxəssis Seneqal əsilli ispaniyalı futbolçunun yaxşı formada olduğunu söyləyib:
"O, "Neftçi"ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli futbolçudur. Mustafanın hazırda yaxşı formada olması da məni sevindirir. Buna görə də ümid edirəm ki, komandaya uyğunlaşmaq üçün çox zamana ehtiyacı olmayacaq".
Xatırladaq ki, "ağ-qaralar" 28 yaşlı futbolçunun keçidini dünən elan edib.