"Zirə"nin iki futbolçusu yığmada növbəti oyunlarını keçirib

"Zirə"nin iki futbolçusu yığmada növbəti oyunlarını keçirib

“Zirə”nin futbolçuları milli komandalarında növbəti oyunlarını keçiriblər.

Mediasport.az xəbər verir ki, yarımmüdafiəçi İssa Cibrilanın formasını geyindiyi Niger yığması Burkina Faso ilə üz-üzə gəlib.

"Qartallar"ın üzvü 1:1 hesabı ilə başa çatan matçda 65 dəqiqə meydanda olub.

Eldar Quliyevin heyətində çıxış etdiyi Ukrayna (U-23) millisi isə Yaponiyadan olan həmyaşıdları ilə qarşılaşıb.

Quliyev oyuna 46-cı dəqiqədə daxil olub, komandası 0:2 hesabı ilə uduzub.