Kevin Medina 50-yə çatdı
Premyer Liqanın 15-ci turu “Qarabağ”ın futbolçusu Kevin Medina üçün əlamətdar olub.
mediasport.az xəbər verir ki, kolumbiyalı müdafiəçi Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.
Onun yubileyi “Zirə” ilə ev görüşünə təsadüf edib. Medina qolsuz heç-heçə ilə başa çatan qarşılaşmaya start heyətində çıxıb. Kevin bu matçların hamısını eyni komandada keçirib. Müdafiəçi bu müddətdə 1 qola imza atıb. Premyer Liqada 2020/21 mövsümündə debüt edən Medina həmin çempionatda 20, ötən mövsüm 23 qarşılaşmada (1 qol) şans qazanıb. Cənubi amerikalı cari çempionatda 7 oyun keçirib.