Yığmamız Avropa çempionatında pley-offa qrup lideri kimi çıxdı!

Yığmamız Avropa çempionatında pley-offa qrup lideri kimi çıxdı!

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti matçını keçirib.

Mediasport.az xəbər verir ki, millimiz qrup mərhələsinin üçüncü turunda Fransa ilə qarşılaşıb.

"Xoruzlar"a da heç bir şans verməyən Elşad Quliyevin komandası inamlı qələbə ilə xallarının sayını 9-a çatdıraraq qrup liderliyini təmin edib - 3:1.

Komandamızın qollarını Mirkamil Əliyev, Ramiz Çovdarov və Vüsal İsayev vurublar.

Qeyd edək ki, milli bundan əvvəlki iki turda Belçikanı 3:0, İtaliyanı 2:1 hesabı ilə məğlub edib.