AMF rəsmiləri Slovakiyada yeni rəhbəri müəyyənləşdiriblər

AMF rəsmiləri Slovakiyada yeni rəhbəri müəyyənləşdiriblər

Avropa Minifutbol Federasiyasının yeni prezidenti müəyyənləşib.

Mediasport.az xəbər verir ki, səsvermə Slovakiyanın paytaxtı Bratislavada keçirilib.

Slovakiyalı Peter Kralik qurumun yeni prezidenti seçilib.

Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov və vitse-prezident Azər Hüseynov da iştirak edib.