"Zəngəzur" avrokuboklarda mübarizəyə qələbə ilə başlayıb

"Zəngəzur" avrokuboklarda mübarizəyə qələbə ilə başlayıb

Azərbaycanı minifutbol üzrə Avropa Kubokunda təmsil edən "Zəngəzur" qrupda ilk görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, Əjdər Əjdərovun baş məşqçisi olduğu kollektiv Bolqarıstanın Burqas şəhərində keçirilən yarışda ilk olaraq yerli "Qalaktiko Vratsa" klubu ilə qarşılaşıb.

Görüş təmsilçimizin 2:0 hesablı qələbəsilə yekunlaşıb.

"Zəngəzur" sabah Yunanıstanın TMT və Çexiyanın "Olomuts" komandaları ilə üz-üzə gələcək.