Diniyev baş məşqçisiz qaldı
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor”da baş məşqçi istefası reallaşıb.
Mediasport.az xəbər verir ki, Türkiyə 1-ci Liqasında mövsümə uğursuz başlayan komandanın çalışdırıcısı Mustafa Er tutduğu vəzifədən ayrıldığını açqlayıb.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Mustafa Er ötən mövsümü Türkiyə Superliqasında keçirən klubda baş məşqçi postuna sona 7 tur qalmış gətirilmiş və liqada yerlərini qoruya bilməmişdi.
“Ümraniyespor” cari mövsüm 1-ci Liqada 4 turdan sonra 2 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.