Azərbaycan klubu Xorvatiya və Serbiyadan futbolçular gətirdi
Yeni mövsümdən futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışacaq "Baku Sportinq" heyətini gücləndirib.
Mediasport.az xəbər verir ki, 2-ci Liqanın çempionu serbiyalı müdafiəçi Luka Stevanoviçi transfer edib.
Elman Sultanovun rəhbərlik etdiyi kollektiv son klubu Xorvatiyada "Hayduk" olmuş 25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlayıb.
Stevanoviç karyerası ərzində “Slovan” (Libereç, Çexiya), “Napredak”(Serbiya), “Aspropirqos”, “Kalitea”, “Ruf”, "Eolikos” və “Fostiras”da (hər üçü Yunanıstan) forma geyinib.
Paytaxt təmsilçisinin digər transferi də serbiyalıdır. Hücumçu Uroş Yemoviçin 23 yaşı var.
Son klubu vətənində "Dunav Prohovo” olmuş forvardla anlaşma da 1 illik nəzərdə tutulub.