1-ci Liqa təmsilçisinin rəhbəri Argentina klublarının düşərgəsində
Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "İmişli"nin İdarə Heyətinin sədri Kamran Eyyubov Argentinada işgüzar səfərdə olub.
Mediasport.az xəbər verir ki, klub rəsmisi ilk olaraq Argentina Futbol Federasiyasının uşaq futbolu üzrə departamentinin rəhbəri ilə görüş keçirib.
Daha sonra "Boka Xunyors", "River Pleyt", "Rasinq" və "Argentinos Juniors" kimi klubların düşərgəsinə baş çəkərək, ordakı şəraitlə tanış olub.
Ümumi strategiyalar və tərəfdaşlıq, oyunçuların transferi, uşaq futbolunun inkişafı və s. üzrə əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Sonda adı çəkilən komandaların İdarə Heyəti üzvlərinə "İmişli"nin oyun formaları, həmçinin bayraq və şərfləri hdəiyyə edilib.