16 yeniyetmə cüdoçumuz Avropa Kubokunda mübarizə aparacaq
Azərbaycanın yeniyetmə cüdoçuları oktyabrın 21-22-də Latviyanın paytaxtı Riqada baş tutacaq Avropa Kubokunda iştirak edəcəklər.
Azərbaycan Cüdo Fedederasiyasından Mediasport.az-a verilən məlumata görə, ölkəni 7 çəki dərəcəsində 16 idmançı təmsil edəcək.
50 kq-da Bahadır Feyzullayev, Rüstəm Qasımzadə, 55 kq-da Telman Abdullayev, Nihad Məmişov, 60 kq-da Mirxaliq İskəndərov, Əhməd Rüstəmov, 66 kq-da Ümüd Qurbanov, Səid Şərifov, Səlim Sultanov, 73 kq-da Cəsur İbadlı, Əhməd Mehdiyev, 81 kq-da Mehdi Abbasov, Hüseyn Eyvazlı, Əli Qazıməmmədov, +90 kq-da isə Sübhan Axundov və Rəsul Səmədli mübarizə aparacaqlar.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcəklər.
Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova da ədalət təmsilçiləri arasında yer alacaqlar.