Aparıcı cüdoçularımız millinin heyətindən çıxarıldılar - SƏBƏB?

Aparıcı cüdoçularımız millinin heyətindən çıxarıldılar - SƏBƏB?

Azərbaycan cüdoçuları 23-25 iyun tarixlərində Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçiriləcək "Böyük dəbilqə" turnirində iştirak edəcəklər.

MediaSport.az xəbər verir ki, 3 gün davam edəcək turnirdə dünyanın 45 ölkəsindən 349 idmançı yarışacaq.

Ölkəmiz burada 8 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımız yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çmübarizə aparacaqlar.

Yığmamız ardınca iyunun 26-dan iyulun 1-nə qədər Ulan-Batorda təşkil olunacaq təlim-məşq toplanışına qatılacaq.

Yarışda “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Gültac Məmmədəliyeva (-52 kq), Balabəy Ağayev və Turan Bayramov (hər ikisi -60 kq), Hidayət Heydərov (-73 kq), Səid Mollayi (-81 kq) zədəli olduqlarına görə millinin heyətindən çıxarılıblar.

Zədələrini sağaltmaqla məşğul olan idmançılarımız iyul ayının əvvəlindən məşqləri bərpa edib 4-6 avqustda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Masters turnirinə hazırlaşacaqlar.


Qadınlar

-48 kq. 

Leyla Əliyeva 

Könül Əliyeva 

-52 kq. 

Aydan Vəliyeva


Oğlanlar

-66 kq. 

Kəramət Hüseynov 

Yaşar Nəcəfov 

-73 kq. 

İbrahim Əliyev 

Nurlan Osmanov 

-81 kq. 

Zelim Tçkayev 

-90 kq. 

Murad Fətiyev 

Elcan Hacıyev 

-100 kq. 

Zelim Kotsoyev 

+100 kq. 

Uşanqi Kokauri 

Camal Qamzatxanov