Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Bakı filialı açılıb

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Bakı filialı açılıb

Beynəlxalq Cüdo Federasiyası (İJF) Akademiyasının Azərbaycanda regional mərkəzinin açılış mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası tərəfindən Akademiyaya Regional Mərkəz statusu verilib.

Mərkəz idmançılarla yanaşı, məşqçilər və hakimlərlərin də inkişafına xidmət edəcək.

Açılışda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, 16 il sonra Azərbaycan cüdoçularının Olimpiadada qızıl medal qazanması ölkə idmanı üçün tarixi hadisədir.

Regional mərkəzin əhəmiyyətindən danışan nazir ACF-nin belə bir təşəbbüsün parçası olduğu üçün çox şanslı olduğunu söyləyib.

Tədbirdə Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucova da ekspert statusu verilib.

Sonda Azərbaycan Cüdo Akademiyasının məşqçilərinə sertifikatlar təqdim olunub.