Portuqaliya yığma komandasının baş məşqçisi müəyyənləşdi - RƏSMİ

Portuqaliya yığma komandasının baş məşqçisi müəyyənləşdi - RƏSMİ

Portuqaliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.


mediasport.az
xəbər verir ki, Fernando Santuşun əvəzinə pireneyliləri Roberto Martines çalışdıracaq. Bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. İspaniyalı mütəxəssislə 2026-cı ilin sonuna kimi müqavilə imzalanıb.


Roberto Martines son olaraq Belçika millisinin baş məşqçisi olub. 49 yaşlı məşqçi DÇ-2022-dən sonra postunu tərk etmişdi.