Dünya Kubokunun rəmzi komandasına kimlər düşdü? - SİYAHI
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçirilən Dünya çempionatının simvolik “11-liy”ini açıqlayıb.
mediasport.az xəbər verir ki, rəmzi komandada turnirdə iştirak edən 32 yığmadan yalnız 4-nün üzvləri yer alıb.
Finalçılar Argentina və Fransa, həmçinin, yarımfinala qədər irəliləyən Mərakeş millisi 3, bürünc mükafata layiq görülən Xorvatiya seçməsindən isə 2 nəfər heyətə düşə bilib.
Qapıçı: Emiliano Martines (Argentina);
Müdafiəçilər: Əşrəf Hakimi, Romen Saiss (hər ikisi Mərakeş), Yoşko Qvardiol (Xorvatiya), Teo Hernandes (Fransa);
Yarımmüdafiəçilər: Sofyan Amrabat (Mərakeş), Luka Modriç (Xorvatiya), Antuan Qrizmann (Fransa);
Hücumçular: Lionel Messi, Julian Alvares (hər ikisi Argentina), Kilian Mbappe (Fransa).