"Bayer nağılı" davam edir, "Liverpul" mübarizəni dayandırdı - Avroliqa

"Bayer nağılı" davam edir, "Liverpul" mübarizəni dayandırdı - Avroliqa

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, cavab görüşləri çərçivəsində 4 matç baş tutub.

Cari mövsüm həm yarışın qrup mərhələsində, həm də 1/8 finalda "Qarabağ"a rəqib olmuş "Bayer" bu raundu da keçərək adını yarımfinala yazdırıb.

Şabi Alonsonun rəhbərlik etdiyi Leverkuzen təmsilçisi bu mövsüm məğlubiyyətsiz oyunlar seriyasını 44-ə çatdırmaqla 21-ci əsrin rekorduna da imnza atıb.

Beləliklə, final yolunda "Marsel" (Fransa) "Atalanta" (İtaliya) ilə, "Roma" (İtaliya) "Bayer"lə (Almaniya) qarşılaşacaq.

Yarımfinal qarşılaşmaları mayın 2-də və 9-da oynanılacaq.


UEFA Avropa Liqası. 1/4 final. Cavab oyunları


"Roma" (İtaliya) - "Milan" (İtaliya) 2:1 (penaltilər - 3:2)

Qollar: C.Mançini, 13, P.Dibala, 22 - M.Qabbia, 85

İlk oyun 1:0


"Atalanta" (İtaliya) - "Liverpul" (İngiltərə) 0:1

Qol: M.Salah, 7-pen.

İlk oyun 3:0


"Marsel" (Fransa) - "Benfika" (Portuqaliya) 2:1 (penaltilər 3:2) 

Qol: Mumbanya, 79.

İlk oyun 1:2


"Vest Hem" (İngiltərə) - "Bayer" (Almaniya) 1:1

Qollar: M.Antonio, 13 - Frimponq, 89.

İlk oyun 0:2