3 idmançımız medal qazandı, ölkəmiz sıralamada gerilədi - Avropa Oyunları
Muay-tay üzrə Azərbaycan yığmasının 3 üzvü Polşada keçirilən III Avropa Oyunlarında 3 medal qazanıblar.
MediaSport.az xəbər verir ki, yarımfinal görüşlərində məğlub olan hər 3 idmançımız yarışı bürünc medalla başa vurublar.
63,5 kq çəkidə Emili Rzayeva, 57 kq-da Aysu Dərvişova və 67 kq-da Xəyal Əliyev Avropa Oyunlarını 3-cülüklə tamamlayıblar.
Azərbaycan komandasının qazandığı medalların sayı 8-ə çatıb. İdmançılarımız indiyədək 2 qızıl, 1 gümüş və 5 bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında bir qədər də geriləyərək 22-ci pilləyə düşüb.