Millimizin Avropa çempionatında potensial rəqibləri məlumdur

 Millimizin Avropa çempionatında potensial rəqibləri məlumdur

Mini futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatında potensial rəqibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək qitə birinciliyinin püşkatma mərasimi aprelin 4-də baş tutacaq.

AÇ-2024 iyunun 1-dən 9-na qədər təşkil olunacaq.

Milli komandamız püşkatmada birinci səbətdə yer alacaq.

1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.

2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.

3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.

4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.