300-dən çox məşhur idmançı Bakıya toplaşdı - Dünya Kuboku başlandı

300-dən çox məşhur idmançı Bakıya toplaşdı - Dünya Kuboku başlandı

Bakıda şahmat üzrə Dünya Kubokuna start verilib.

MediaSport.az xəbər verir ki, birinci raundun partiyalarında ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç edib.

Daha sonra ilk görüşlər keçirilib. Birinci oyun günündə 15 şahmatçımız mübarizəyə qoşulub.

Azərbaycan şahmatçılarından Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Mİsrəddin İskəndərov, Vüqar Əsədli, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva ilk partiyalarını qələbə ilə başa vurub.

Vasif Durarbəyli, Nicat Məmmədov, Abdulla Qədimbəyli, Aydın Süleymanlı, Gülnar Məmmədova heç-heçə oynayıb. Məhəmməd Muradlı və Xanım Balacayeva yarışa məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlanacaq.


Dünya Kuboku. 1\128 final

Qədir Hüseynov – Rupeş Yasval (Hindistan) 1-0

Rauf Məmmədov – Juo Lim (Malayziya) 1-0

Nicat Abasov – Makoto Rodvell (Zimbabve) 1-0

Eltac Səfərli – Roberto Sançes (Panama) 1-0

Bobbi Çenq (Avstraliya) – Misrəddin İskəndərov 0-1

Vüqar Əsədli – Min Le (Vyetnam) 1-0

Vasif Durarbəyli – Leonel Fiquredo (Meksika) 0,5-0,5

Nicat Məmmədov – İvan Şitko (Moldova) 0,5-0,5

Şamsiddin Voxidov (Özbəkistan)- Abdulla Qədimbəyli 0,5-0,5

Aydın Süleymanlı – Yunqlyun Syu (Çin) 0,5-0,5

Bardiya Daneşvar (Hindistan) – Məhəmməd Muradlı 1-0


Dünya Kuboku. Qadınlar. 1\64 final


Ülviyyə Fətəliyeva – Vyanla Punsalan (Yeni Zelandiya) 1-0

Marina Qayçin (Serbiya) – Gövhər Beydullayeva 0-1

Xanım Balacayeva – Qyanin Qonq (Sinqapur) 0-1

Gülnar Məmmədova – Ti Nquen (Vyetnam) 0,5-0,5