İddiaçılar Turniri: Nicat Abasov Fransa şahmatçısı ilə heç-heç edib

İddiaçılar Turniri: Nicat Abasov Fransa şahmatçısı ilə heç-heç edib

Kanadanın Toronto şəhərində şahmat üzrə nüfuzlu İddiaçılar Turniri davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov 4-cü turda Fransa təmsilçisi Əlireza Firuzca ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan 28 yaşlı qrossmeyster növbəti dəfə heç-heçə edib.

4 görüşün 3-nü bərabərliklə başa vuran Nicat 1,5 xalla 4-8-ci yerləri bölüşdürür.

Rusiyalı Yan Nepomnyaşi (FİDE) 3 xalla liderdir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq.

8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.