Vasif Durarbəyli ABŞ-də keçirilən truniri çempion kimi başa vurub

Vasif Durarbəyli ABŞ-də keçirilən truniri çempion kimi başa vurub

Azərbaycan şahmatçısı Vasif Durarbəyli ABŞ-də keçirilən "Las Vegas International" turnirinin qalibi olub.

Mediasport.az xəbər verir ki, 32 yaşlı qrossmeyster bu barədə feysbuk hesabında paylaşım edib.

V.Durarbəyli 9 oyunda 7,5 xal toplamaqla birinci yeri tutub.

O, ötən il də eyni yarışda birinciliyi bölüşdürdüyünü xatırladıb və həmin vaxt keyfiyyətin onu qane etmədiyini vurğulayıb:

"Bu dəfə həm nəticə, həm də oyunların keyfiyyəti məni sevindirdi".