"Masters" festivalı: Əbu-Dabidə keçirilən yarışda çempion bəlli olub
BƏƏ-nin paytaxtı Əbu-Dabidə "Masters" şahmat festivalı keçirilib.
Mediasport.az xəbər verir ki, həmin turnirdə Azərbaycan şahmatçıları da iştirak ediblər.
Xaqan Əhməd Qinqzao Tinqə (Sinqapur) uduzub və 5,5 xal toplayaraq 38-ci olub.
Vüqar Manafov komanda yoldaşından yarım xal geri qalıb, 84-cü yerdə qərarlaşıb.
Zaur Məmmədov isə 4,5 xalla 109-cu olub.
Festivalın qalibi adını 7 xal toplayan və eyni göstəriciyə malik digər 5 şahmatçını əlavə əmsallarla qabaqlayan Nodirbek Yakubboyev (Özbəkistan) qazanıb.