38 yaşlı futbolçu Premyer Liqada oynamağa davam edəcək - RƏSMİ
"Aston Villa"dan ayrılan Eşli Yanqın yeni klubu müəyyənləşib.
MediaSport.az İngiltərə millisinin sabiq futbolçusu Premyer Liqada çıxışlarını davam etdirəcək.
38 yaşlı universal oyunçu azad agent statusu ilə "Everton"a keçib. Təcrübəli futbolçu Liverpul klubu ilə 1 illik müqavilə bağlayıb.
Daha çox "Mançester Yunayted"dəki (2011/2020) oyunu ilə məşhurlaşmış Yanq “Uotford” və Milan “İnter”ində də forma geyinib.