Çempionlar Liqasının ən bahalı kollektivləri açıqlanıb - SİYAHI
2023/24-cü illər mövsümündə UEFA Çempionlar Liqasında mübarizə aparan ən bahalı kollektivlərin siyahısı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, turnirin son qalibi "Mançester Siti" zirvədə qərarlaşıb.
İkinci pillədə də İngiltərənin digər təmsilçisi "Arsenal" yer alıb. İlk "3-lüy"ü PSJ tamamlayır.
Türkiyənin qitənin bir nömrəli klub turnirindəki yeganə təmsilçisi "Qalatasaray" isə 20-ci olub.
Çempionlar Liqasında mübarizə aparan ən bahalı kollektivlər (2023/24 mövsümü):
1. "Mançester Siti" (İngiltərə) - 1.26 milyard avro
2. "Arsenal" (İngiltərə) - 1.10 milyard
3. PSJ (Fransa) - 1.07 milyard
4. "Real" (İspaniya) - 1.03 milyard
5. "Bayern" (Almaniya) - 948 milyon
6. "Mançester Yunayted" (İngiltərə) - 877 milyon
7. "Barselona" (İspaniya) - 863 milyon
8. "Nyukasl" (İngiltərə) - 651 milyon
9. "Napoli" (İtaliya) - 588 milyon
10. "İnter" (İtaliya) - 563 milyon
Rövşən