"Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı müəyyənləşdi
UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı müəyyənləşib.
mediasport.az xəbər verir ki, tədbir gələn il yanvarın 25-də İsveçrənin Nyon şəhərində keçiriləcək.
Bakı vaxtilə saat 14:00-da başlanacaq püşkatmada A Liqasının qrup liderləri - Xorvatiya, İtaliya, Niderland və İspaniya yığmalarının oyunlarının təqvimi müəyyənləşəcək.
"Dördlər finalı" gələn il 14-18 iyun tarixlərində Niderlandın Rotterdam və Enshede şəhərlərində keçiriləcək. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü oynanılacaq.