Polşa klubunu Belçikada darmadağın etdilər - Avropa Konfrans Liqası

Polşa klubunu Belçikada darmadağın etdilər - Avropa Konfrans Liqası

Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində daha 2 görüş baş tutub.

mediasport.az xəbər verir ki, Belçikada "Poqon"u qəbul edən "Gent" Polşa təmsilçisini meydana çıxmasına peşman edib.

Günün Kiprdə keçirilən qarşılaşmasında isə "sülh" qeydə alınıb.

Mərhələnin "Sabah" və "Neftçi"nin də meydana çıxacağı qalan 30 matçı bu gün keçiriləcək.


Avropa Konfrans Liqası. III təsnifat mərhəlsi. İlk oyunlar


AEK (Kipr, Larnaka) - "Makkabi" (İsrail, Təl-Əviv) 1:1

Qollar: İmad Fərəc, 80 - Yonatan Cohen, 64.


"Gent" (Belçika) - "Poqon" (Polşa) 5:0

Qollar: Gift Orban, 13, 35, 64, Uqo Köypers, 40, 45+1.