6 idmançı ilə mübarizə aparan millimiz 5 medal qazanıb
Macarıstanda savatın assault və precombat növü üzrə keçirilmiş beynəlxalq turnirdə Azərbaycan milli komandası beş medal qazanıb.
Mediasport.az xəbər verir ki, paytaxtı Budapeştdə baş tutan yarışda assault növündə böyüklərdən Beyrək Bağırov (85 kq) və gənclərdən Məhəmməd Məmmədli (52 kq) qızıl, yeniyetmələrdən Yusif Süleymanov (52 kq) bürünc, precombat növündə isə gənclərdən Məhəmməd Süleymanov (80 kq) gümüş, yeniyetmələrdən Ümid Zeynalov qızıl mükafata yiyələniblər.
Xatırladaq ki, Azərbaycan turnirdə 6 idmançı ilə təmsil olunub.