Millimizin Portuqaliya sınağı

Millimizin Portuqaliya sınağı

Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq “12-ci Cantanhede beynəlxalq açıq yarışı”nda iştirak edir.

Mediasport.az xəbər verir ki, turnirdə baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında 10 gimnastımız mübarizə aparır.

Arzu Ağayeva, Leyla Bejanova, Sənəm Kazımova, Sara Əlixanlı, Dilarə Qurbanova, Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Xədicə Quliyeva mükafat qazanmağa çalışacaq.

Yarış martın 24-dək davam edəcək.

Beynəlxalq dərəcəli hakim Lalə Hüseynova da turnirdə Azərbaycanı təmsil edəcək.