Millimizin yeni ildə iştirak edəcəyi turnirlərin tarixləri müəyyənləşib

  Millimizin yeni ildə iştirak edəcəyi turnirlərin tarixləri müəyyənləşib

Bilyard üzrə Azərbaycan millisinin 2024-cü ildə mübarizə aparacağı beynəlxalq yarışların siyahısı bəlli olub.

Mediasport.az xəbər verir ki, yığma 7 beynəlxalq turnirdə yarışacaqlar.

Milli komanda fevralın 26-da Qırğızıstanda "Qarışıq Piramida", iyunun 11-17-də Rusiyanın Surqut şəhərində "Sərbəst Piramida", noyabrın 17-24-də isə Novosibirskdə "Piramida" üzrə dünya çempionatına qatılacaq. Yarışlarının hamısında 4 bilyardçı ilə təmsil olunacağıq.

Yığmanı aprelin 11-13-də "Euro Tour men-Dynamic Billard TBA Open", aprelin 15-24-də "Dynamic Billard European Pool Championships", sentyabrın 28-də Gürcüstanın Batumi şəhərində EPBF "Ajara Cup", noyabrın 14-16-da isə Türkiyənin Antalya şəhərində "EuroTour men - Dynamic Billard Antalya Open" turnirləri gözləyir.