Azərbaycanın daha bir güləşçisi Albaniyada dünya çempionu oldu
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəki dərəcəsində dünya çempionu adını qazanıb.
Mediasport.az xəbər verir ki, 63 kq-da mübarizə aparan Nihat Məmmədli finalda qazaxıstanlı rəqibinə şans verməyib.
Həlledici dueldə Yerjet Jarlikassinə 6:1 hesabı ilə qalib gələn 22 yaşlı idmançımız karyerasında ilk dəfə dünya çempionu tituluna yiyələnib.
Xatırladaq ki, mundialda ilk qızıl medalı 57 kq-da Eldəniz Əzizli təmin edib.
Bir qədər sonra 72 kq-da Ülvi Qənizadə də final görüşünə çıxacaq.