Qadınlardan ibarət yığmamız 2.4 milyon dollarlıq DÇ-də yarışacaq
Martın 16-da Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında Dünya çempionatı start götürəcək.
mediasport.az xəbər verir ki, 10 gün davam edəcək mundialda ölkəmiz baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında 6 boksçu ilə təmsil olunacaq.
DÇ-nin medalları uğrunda Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxacaqlar.
2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın püşkü martın 15-də atılacaq. 77 ölkənin qatılacağı gözlənilən yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.