Boksçularımız Avropa Kubokunda bürünc medalla kifayətləniblər

Boksçularımız Avropa Kubokunda bürünc medalla kifayətləniblər

Azərbaycanın dörd boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda bürünc medalla kifayətlənib.

Mediasport.az xəbər verir ki, Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb.

Hər 4 boksçumuz məğlub olduğu üçün yarışı bürünc medalla başa vurub.

Yalnız 63,5 kq çəkidə Malik Həsənov finalda mübarizə aparacaq. İdmançınız həlledici görüşdə Qabil Məmmədovla (Rusiya) döyüşəcək.