Cüdoçularımız yenə FİASKO ilə başladı - 8 idmançıdan yalnız 1 medal
Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük dəbilqə" turnirinə uğursuz start verib.
MediaSport.az xəbər verir ki, döşək üzərinə çıxan 8 idmançımızdan yalnız biri - Gültac Məmmədəliyeva medal qazana bilib.
52 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gələrək bürünc medalla kifayətlənib.
Kişilər arasında -60 kq çəkidə Kənan İsmayılov və Nazir Talıbov, -66 kq çəkidə Kəramət Hüseynov və Kamran Süleymanov, qadınların yarışında isə -48 kq çəkidə Leyla Əliyeva və Ramilə Əliyeva -52, həmçinin 52 kq çəkidə Aydan Vəliyeva turniri medalsız başa vurublar.