8 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 8 təmsilçisi mübarizəyə qoşulacaq.
Kişilər arasında 60 kq çəki dərəcəsində Nazir Talıbov italiyalı Angelo Pantano, Rövşən Əliyev fransalı Valadye Romenlə qarşılaşacaq.
66 kq-da İslam Rəhimov türkmənistanlı Sərdar Rəhimovu, Rəşid Yelkiyev yaponiyalı Ryoma Tanakanı sınağa çəkəcək.
Qadınların mübarizəsində 48 kq-da Könül Əliyeva özbəkistanlı Xalimajon Qurbanova, 52 kq-da Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, müvafiq olaraq, kanadalı Keli Dequçi və polşalı Aleksandra Kaleta, 57 kq-da isə Fidan Əlizadə türkiyəli Özlem Yıldızla üz-üzə gələcək.
Qeyd edək ki, martın 3-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 12 cüdoçu ilə təmsil olunur.