Milli komandamız Çexiyada təlim-məşq toplanışında iştirak edib
Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri Çexiyanın Nimburk şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışında iştirak ediblər.
Mediasport.az xəbər verir ki, martın 11-dən 15-dək Avropa Cüdo Birliyinin təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışında Azərbaycanın 38 idmançısı iştirak edib.
Təlim-məşq toplanışı Paris 2024 Yay Olimpiya Oyunlarına və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.