AAF rəhbərliyi Bolqarıstanda növbəti görüşünü keçirib
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) rəhbərliyinin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatına səfəri davam edir.
Mediasport.az xəbər verir ki, federasiya prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Tələt Ünlü ilə görüşüblər.
Söhbət zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin federasiyalar səviyyəsində də davam etdiyi qeyd olunub, gələcəkdə böyük uğurlara birgə addımlamağa əminlik ifadə edilib.
Görüşdən sonra federasiyamızın rəhbərliyi tərəfindən Ünlüyə AAF-ın xatirə hədiyyəsi - üzərində federasiyanın loqosu olan Azərbaycan ipək xalçasını təqdim edib, xatirə fotosu çəkdirilib.