Elman Kurdanov Avropa çempionatında 3 medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Elman Kurdanov Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında Avropa çempionatında 3 medal qazanıb.
Mediasport.az xəbər verir ki, idmançımız birdən qaldırma hərəkətində 100 kq-ı ram edərək Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Təkanla qaldırma hərəkətində isə 124 kq-ı baş üzərinə qaldıran idmançı gümüş medal əldə edib. Toplam 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüş medal qazanıb.
Yarışda 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı iştirak edir.
Qeyd edək ki, yaşı 15-ə qədər olan atletlər arasında Kamran Xappayev (61 kq) qızıl, Nuray Əbilova (40 kq) gümüş, Malikə Biçekuyeva (55 kq) bürünc medal qazanıb.