Milli komandamızın üzvü Avropada 2023-cü ilin ən yaxşısı seçilə bilər
Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü Dadaş Dadaşbəyli 2023-cü ilin ən yaxşı kişi idmançısı adına namizəd 10 nəfərlik siyahıya düşüb.
Mediasport.azxəbər verir ki, atletimiz dünya şöhrətli Laşa Talaxadze, Karlos Nassar və digərləri ilə birlikdə qitənin ən güclüləri sırasında yer alıb.
Avropanın “Qızıl 10-luğu” adı verilən siyahı Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) Avropa bölümü (AİPS Europe) və Avropa Ağırlıqqaldırma Federasiyası (EWF) arasında imzalanan memorandum çərçivəsində hazırlanıb.
Bu idmançılar arasından səsvermə yolu ilə ilin ən yaxşı atleti seçiləcək.
Qalibin adı fevralın 12-də, Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatının rəsmi açılış mərasimində açıqlanacaq.