Gəncə klubundan yeni transfer

  Gəncə klubundan yeni transfer

"Gəncə" klubu heyətini ABŞ-li basketbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, qərb təmsilçisi Corc Deven Petersonla anlaşıb.

Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

188 sm boya malik Peterson ölkəmizə Vyetnam çempionatından gəlib.

28 yaşlı basketbolçu "Hanoy Baffalos" klubunun şərəfini qoruyub.