Gəncəlilər bu mövsüm oynamayan zədəli müdafiəçini yola salıblar

Gəncəlilər bu mövsüm oynamayan zədəli müdafiəçini yola salıblar

Neyton Sprinqs "Gəncə" basketbol klubundan ayrılıb.

Mediasport.az qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı oyunçu mövsüm ərəfəsində məşqdə ağır zədə alıb.

Azərbaycan Basketbol Liqasının geridə qalan turlarında meydana çıxmayan basketbolçu zədəsini sağaltmaqla məşğuldur.

Onun müalicə prosesi uzun çəkəcəyindən vətəninə yollanmaq məcburiyyətində qalıb.

"Gəncə" bu səbəbdən amerikalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.