İntizam Komitəsi Qarabağ klubuna texniki məğlubiyyət verəcək
2-ci Liqanın 4-cü turu çərçivəsində "Şahdağ-Qusar"la qarşılaşan "Cəbrayıl"a texniki məğlubiyyət veriləcək.
Mediasport.az xəbər verir ki, Qarabağ təmsilçisi qusarlılarla görüşdə Peşəkar Futbol Liqasının Əsasnaməsini pozub.
Milli komandamız və "Qəbələ"nin keçmiş üzvü Cavid Hüseynovun baş məşqçisi olduğu klubun heyətində meydana adı matçın protokolunda olmayan futbolçu çıxıb.
Adı görüşün iştirak ərizəsinə salınmayan Nurlan Quliyev 0:0 hesabı ilə başa çatan qarşılaşmanın 71-ci dəqiqəsində Mehman Süleymanlını əvəzləyib.
Qaydalara əsasən, klubun AFFA İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alacağı dəqiqdir.