Cavid Hüseynovun komandası 4 futbolçu ilə yollarını ayırıb
Futbol üzrə Azərbaycan 2-ci Liqasında çıxış edən ”Cəbrayıl” 4 futbolçu ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş futbolçusu Cavid Hüseynovun baş məşqçisi olduğu kollektiv Mənsum Hüseynov, Mübariz Hüseynzadə, Ağabəkir Həşimli və Namaz İsmayılovla vidalaşıb.
Qeyd edək ki, qarabağlılar daha əvvəl Samir İbrahimov, Rəvan Hacıyev və Zahir Mirzəzadəni transfer ediblər.
"Cəbrayıl" qış fasiləsinə 30 xalla 3-cü pillədə yollanıb və lider "Baku Sportinq"dən 7 xal geri qalır.