Əliyev millinin baş məşqçi postunu tərk edir - AFFA-nın SON QƏRARI!
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev postunu tərk edir.
Mediasport.az saytına verilən məlumata görə, mütəxəssislə başa çatan müqavilənin yenilənməməsi qərara alınıb.
AVRO-2025-in seçmə mərhələsinin F qrupunda uğursuz çıxış edən çalışdırıcının komandasının nəticələri federasiya rəhbərliyini özündən çıxarıb.
6 komandalı qrupda aşkar autsayderə çevrilmiş yığmanın "sükançı"sının işinə gələn ay baş tutacaq son iki - Şimali irlandiya və İngiltərə ilə matçlardan sonra son qoyulacaq.
Qurumdan Əliyevə artıq bu barədə xəbərdarlıq da edilib.
Xatırladaq ki, millimiz qrupda keçirdiyi 8 qarşılaşmanın 7-də məğlub olub.
Yalnız Bakıda Lüksemburqa qalib gələn (3:2) futbolçularımız buraxdığı 18 qol və 3 xalla qrup sonuncusudur.
Yığmamız lider Ukraynadan 21 xal geri qalır.