Bədavi Hüseynov milli komandanın heyətindən çıxarıldı

Bədavi Hüseynov milli komandanın heyətindən çıxarıldı

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Azərbaycan millisinin qarşıdakı 2 yoldaşlıq oyununu buraxmalı olacaq.

mediasport.az xəbər verir ki, o, yığmanın heyətindən Premyer Liqanın 14-cü turunun "Sabah" - "Qarabağ" oyununda zədələndiyinə görə kənarlaşdırılıb.

Milli komandamız beynəlxalq yoldaşlıq oyunları çərçivəsində noyabrın 16-da Moldova, 20-də Şimali Makedoniya yığması ilə qarşılaşacaq.