"Eqnatiya" səfərdə məğlub oldu, Zamiq 45 dəqiqə meydanda oldu

"Eqnatiya" səfərdə məğlub oldu, Zamiq 45 dəqiqə meydanda oldu

Futbol üzrə Albaniya Superliqasında 11-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" "Laçi"yə uduzub (0:2).

Əliyev səfər görüşündə meydana start heyətində çıxıb və 46-cı dəqiqədə əvəzlənib.

"Eqnatiya" 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.